AZ

Faiz dərəcələrini dəyişməz saxlayan Kanada Mərkəzi Bankından açıqlama

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Bankı (BoC) ABŞ-ın tarif siyasətlərini səbəb göstərərək uçot dərəcəsini dəyişməz saxlasa da, inflyasiya təzyiqləri səbəbiylə faiz endirimlərinə qapını açıq qoyub.

Banco.azxəbər verir ki, Kanada Mərkəzi Bankı (BoC) uçot dərəcəsini 2,75 faiz səviyyəsində sabit saxlayıb.

Bank tərəfindən yayımlanan açıqlamada siyasət faizində heç bir dəyişiklik edilmədiyi bildirilib.

Açıqlamada gecəlik faiz dərəcəsinin 2,75 faiz, bank faizinin 3 faiz və depozit faizinin isə 2,70 faiz səviyyəsində sabit saxlandığı qeyd olunub.

Açıqlamada bildirilib ki, ABŞ-ın ticarət siyasəti ilə bağlı bəzi məqamlar son həftələrdə aydınlaşmağa başlasa da, ticarət danışıqları hələ də qeyri-müəyyən olaraq qalır. Yeni sektor yönümlü tariflərlə bağlı təhdidlərin davam etdiyi və ABŞ-ın ticarət addımlarının hələ də proqnozlaşdırıla bilməz xarakter daşıdığı vurğulanıb.

Bu səbəbdən də pul siyasəti hesabatında iqtisadi artım və inflyasiya ilə bağlı proqnozlara yer verilmədiyi, bunun əvəzinə tariflərin artması və azalmasını ehtiva edən iki alternativ ssenarinin təqdim olunduğu qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
1
banco.az

1Mənbələr