"Fənərbaxça" PSJ-yə məxsus olan Milan Şkrinyarın keçidini həll edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klublar arasında razılıq əldə olunub.
30 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün artıq İstanbuldadır.
Qeyd edək ki, Milan Şkrinyar 2024/2025 mövsümünün ikinci yarısında icarə əsasında "Fənərbaxça"nın formasını geyinib. 30 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Çelsi” Sterlinqə qiymət qoyub
“Qalatasaray”da ayrılıq baş verə bilər
PSJ-də Donnarumma dövrü başa çatır: “Qalatasaray”dan həmlə
"Araz-Naxçıvan"ın rəqibində ayrılıq
“Mançester Yunayted”in Qarnaço planı