Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək
***
21:25
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununda ev sahiblərinin futbolçusu penalti zərbəsini qaçırıb.
Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda əllə oyuna görə təyin olunan penaltini 68-ci dəqiqədə Kadi Borges qola çevirə bilməyib.
Bu epizodda rəqib qapıçı etibarlı oynayıb.
Qeyd edək ki, qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesabı ilə üstündür.
***
21:05
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında ikinci hissə başlayıb.
Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.
***
20:46
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında birinci hissə başa çatıb.
Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri fasiləyə üstün yollanıblar - 1:0.
Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.
***
20:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.
Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.
Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.
***
20:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı start götürüb.
Demokrat.az xəbər verir ki, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
10Mənbələr
-
sabahinfo.az“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində! ( 19879550)
-
apasport.az“Şelburn”un baş məşqçisi: "Qarabağ"a qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur” ( 19879001)
-
cbcsport.azUEFA Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələyə adlayıb ( 19876040)
-
qafqazinfo.az“Qarabağ” kimi komandalarla oyunlarda təcrübə qazanırıq” ( 19875503)
-
milli.az"Hesabı bərabərləşdirə bilərdik" - "Şelburn"un baş məşqçisi ( 19874579)
-
bakivaxti.az"Qarabağ"ın gücünü bilirdik - Obrayn ( 19873976)
-
sportinfo.az"Qarabağ" kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur" ( 19873715)
-
manset.az"Qarabağ" növbəti mərhələyə adladı ( 19873628)
-
idman.biz"Şelburn"un baş məşqçisi: "Hesabı bərabərləşdirə bilərdik, amma alınmadı" ( 19873511)
-
far.azÇempionlar Liqası: "Qarabağ" növbəti mərhələyə adladı ( 19873298)