AZ

"Qəbələ" "Şəfa"ya keçən futbolçusunun getdiyini açıqladı

“Qəbələ” dayaq yarımmüdafiəçisi Ürfan İsmayılovla yollarını ayırdığını açıqlayıb.

Fanat.Az-ın "qırmızı-qaralar"ın mətbuat xidmətinə istinadən məlumatına görə, İsmayılovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

2024-cü ilin yayından “Qəbələ”nin formasını geyinən Ürfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.

Qeyd edək ki, İsmayılov 1-ci Liqa təmsilçisi "Şəfa" ilə 1+1 illik müqavilə bağlayıb.

Seçilən
35
fanat.az

1Mənbələr