BAKI. 30 iyul. TELEQRAF
"Qarabağ" komandası tarixində 12-ci dəfə avrokuboklarda əsas mərhələdə iştirak hüququnu təmin edib.
Teleqraf xəbər verir ki, bu, İrlandiya "Şelburn"una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində əldə olunan qələbələrdən sonra mümkün olub.
Rəqibinə səfərdə 3:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi evdə də qələbə qazanıb - 1:0.
Bununla da Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ"ın ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirak edəcəyi müəyyənləşib.
Ağdam komandası növbəti görüşündə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibini də üstələsə, ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edəcək.
Qeyd edək ki, "Qarabağ" 2014/2015 mövsümündən avrokubokların ən azı qrup mərhələsinədək irəliləyib.