Füzuli Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı bulaqdan su doldurmaq istəyərkən döyüldüyünü iddia edir.
Xezerxeber.az xəbər verir ki, Ceyhun Mehdiyev ötən gün rayonun Yuxarı Alxanlı kəndində yaxınlarının birinin ad günü məclisinə gedib.
Dediyinə görə, məclisdən sonra kənddə olan "Şıxəli" bulağı adlanan yerdə su doldurarkən tanımadığı şəxslərin hücumuna məruz qalıb.
Xəsarət alan şəxsin həyat yoldaşı Jalə Mehdiyeva həmin şəxslərin içkili olduqlarını və onları təhqir etdiklərini iddia edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.