Azərbaycanda yanvar ayında da müsbət anomaliya üstünlük təşkil edəcək, şaxtalı günlərin sayının və yağıntıların normadan az olacağı gözlənilir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.
"Çoxillik məlumatlara əsasən, 1961-ci ildən başlayaraq yalnız 4 dəfə (1964-1,10С 1969 - 0,40С 1972 -2,30С 1977 -1,20С) orta minimal temperatur mənfi olub. Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur qeydə alınıb (-1,4). Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, yanvar ayında bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir".
www.anews.az