AZ

Sabiq “Barsa”lı “Fənər”də - İSTANBULA GƏLİR

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Fənərbaxça" heyətini daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda son olaraq "Vulverhempton"da çıxış edən Nelson Semedonu heyətinə qatmağa çox yaxındır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, 31 yaşlı sağ cinah müdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Semedo karyerası ərzində "Benfika" və "Barselona" kimi klublarda da çıxış edib. O, ötən mövsüm Premyer Liqa çərçivəsində 38 rəsmi matçda forma geyinərək 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Liqa 1 çempionu ukraynalı futbolçu ilə anlaşıb

“Çelsi” Sterlinqə qiymət qoyub

“Qalatasaray”da ayrılıq baş verə bilər

PSJ-də Donnarumma dövrü başa çatır: “Qalatasaray”dan həmlə

"Araz-Naxçıvan"ın rəqibində ayrılıq

Seçilən
44
apasport.az

1Mənbələr