AZ

​Hindistan ABŞ-nin yeni tariflərinə reaksiya verdi

Hindistan ABŞ-nin ölkəyə 25 faiz tariflər tətbiq etməsinə reaksiya verib. Metbuat.az xəbər verir ki, Yeni Dehli hökuməti ABŞ-nin 25 faiz tariflərinə qarşı milli maraqlarını qoruyacaqlarını bəyan edib. Bəyanatda qeyd olunub ki, Hindistan ABŞ ilə ədalətli, balanslı və qarşılıqlı faydalı ikitərəfli ticarət sazişi üçün danışıqlar aparır. Bəyanatda deyilir ki, hökumət kiçik və orta biznesin rifahının qorunmasına və inkişafına böyük əhəmiyyət verir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hindistanın Çin və Rusiyadan ən böyük enerji idxalçısı olduğunu ifadə edərək, Hindistana 25 faizlik tarif tətbiq edildiyini bəyan edib.

Seçilən
6
metbuat.az

1Mənbələr