AZ

“Qarabağ” ən azı Konfrans Liqasının liqa mərhələsini təmin etdi

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubunu mübarizədən kənarlaşdıran (3:0, 1:0) “Qarabağ” ən azı Konfrans Liqasının liqa mərhələsini təmin edib.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası əgər ÇL-in 3-cü təsnifat mərhələsində uduzarsa, Avropa Liqasının pley-off-una vəsiqə əldə edəcək.

Orada da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində oynamaq hüququ qazanacaq. Yəni “Qarabağ” bu mövsüm də avrokubokların əsas mərhələsinin iştirakçısı olacaq.

Seçilən
3
1
qafqazinfo.az

2Mənbələr