AZ

Ramzan Kadırov: Çoxdandı gülmürəm, çünki...

BAKI, 30 iyul. TELEQRAF

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov çoxdandır gülməməsinin səbəbini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.

Siyasətçi bildirib ki, düşmən planlar və intriqalar hazırlayır, “qırılacağımızaümid edir”. Onun sözlərinə görə, düşmən sakitləşə bilmir.

"Onlar bizim varlığımızdan narahatdırlar" yazan R.Kadırovun konkret kimləri nəzərdə tutduğu açıqlanmır.

"Siz çoxdandır ki, mənim güldüyümü görmürsünüz. Çünki indi vaxtı deyil. Mən gülmürəm - gözləyirəm. Baxıram. Yadda saxlayıram", - deyə Çeçenistan rəhbəri xəbərdarlıq edib.

R.Kadırov vurğulayıb ki, Rusiyaya məğlubedilməz olduğu üçün deyil, təslim olmadığı üçün qalib gələ bilmirlər:Düşmən nə qədər çalışsa da, bizim qələbəmiz yaxındır”.

Seçilən
18
3
teleqraf.com

4Mənbələr