AZ

Paşinyanla kilsə arasında savaş qızışır


“Erməni Apostol Kilsəsinə qarşı aparılan dövlət yönümlü kampaniya yeni və daha təhlükəli mərhələyə qədəm qoyub”.

Musavat.com xəbər verir ki, bu barədə Erməni Kilsəsinin Müdafiəsi üzrə Ümumerməni Şurası tərəfindən yayılan bəyanatda deyilir.

Şura bildirir ki, artıq təzyiqlər təkcə ölkə daxilində deyil, diasporaya və beynəlxalq səviyyəyə də yayılmağa başlayıb.

Şura, xüsusilə, Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən Ermənistanın fəxri konsulu Narek Spartakyanın vəzifədən azad edilməsinə diqqət çəkib. Bildirilir ki, açıq mənbələrdə yayılan məlumatlara əsasən, onun işdən çıxarılması kilsəyə olan mənəvi dəstəyi ilə əlaqəlidir.

Şura hökumət aparatının təşəbbüsü ilə Vaqarşapatda keçirilməsi nəzərdə tutulan “ruhani toplantı” məsələsinə də toxunub və bu təşəbbüsü “neytral və ya barışdırıcı addım” kimi qiymətləndirməyin mümkün olmadığını qeyd edib.

Bildirilib ki, belə bir tədbirin arxasında kilsəyə və bütün ermənilərin katolikosuna qarşı yönəlmiş təzyiqlər və əsassız ittihamlar dayanır.


Seçilən
79
news24.az

1Mənbələr