AZ

Hindistan ABŞ-ın rüsum qərarına cavab verib

Donald Trampın avqust ayından etibarən ABŞ-nin Hindistana 25 faizlik gömrük rüsumları tətbiq edəcəyini açıqlamasından sonra Yeni Dehli hökuməti ABŞ-nin rüsumlarına qarşı milli maraqların qorunması üçün bütün lazımi addımların atılacağını bildirən bəyanat yayıb.

News365.az xəbər verir ki, bununla bağlı məlumatı “Hindustan Times” qəzeti yayıb. 

Məlumata görə, Yeni Dehli hökuməti ABŞ-nin tariflərinin təsirlərinin tədqiq edildiyini açıqlayıb. 

Bəyanatda həmçinin son bir neçə ay ərzində ədalətli, balanslaşdırılmış və qarşılıqlı faydalı ikitərəfli ticarət sazişi üzrə danışıqların aparıldığı da qeyd olunub. 


Seçilən
31
4
news365.az

5Mənbələr