AZ

Hindistan ABŞ-ın rüsum qərarına cavab verib

Hindistan

Donald Trampın avqust ayından etibarən ABŞ-ın Hindistana 25 faizlik gömrük rüsumları tətbiq edəcəyini açıqlamasından sonra Yeni Dehli hökuməti ABŞ-ın rüsumlarına qarşı milli maraqların qorunması üçün bütün lazımi addımların atılacağını bildirən bəyanat yayıb.

APA xəbər verir ki, bununla bağlı məlumatı “Hindustan Times” qəzeti yayıb.

Məlumata görə, Yeni Dehli hökuməti ABŞ-ın tariflərinin təsirlərinin tədqiq edildiyini açıqlayıb.

Bəyanatda həmçinin son bir neçə ay ərzində ədalətli, balanslaşdırılmış və qarşılıqlı faydalı ikitərəfli ticarət sazişi üzrə danışıqların aparıldığı da qeyd olunub.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp Hindistana 25 faizlik tarif vergisi tətbiq edib.

Seçilən
37
4
xalqcebhesi.az

5Mənbələr