Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az bildirir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun idarə etdiyi "Daewoo Gentra" markalı avtomobil Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış evinin darvazasına çırpılıb.
Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta