"Qarabağ" - "Şelburn" oyunu 1:0 ilə qalibiyyətlə başa çatıb.
News24.az xəbər verir ki, qalibi olan "Qarabağ" komandası rəqibi ümumilikdə 4:0 hesabla məğlub edib.
Qeyd edək ki, "Qarabağ" mərhələ adlayacağı halda FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu klubların ilk matçında şimali makedoniyalılar 1:0 hesabı ilə qələbə qazanıblar.