BAKI. 30 iyul. TELEQRAF
“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
Teleqraf xəbər verir ki, Fərid Nəbiyev yenidən Gəncə təmsilçilərinin şərəfini qoruyacaq.
26 yaşlı yarımmüdafiəçiilə 1 illik müqavilə imzalanıb.
Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə "Kəpəz"in şərəfini qoruyub. Futbolçu 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.
Nəbiyevin son klubu "Səbail" olub.