Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ iqtisadiyyatı ikinci rübdə illik 3 faiz artaraq iqtisadçıların proqnozlarını üstələyib.
Banco.azxəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) iyul ayındakı iclasında uçot dərəcəsini dəyişdirməyərək 4,25–4,50 faiz intervalında saxlayıb.
Lakin rəsmilər ABŞ iqtisadiyyatına dair baxışlarını dəyişiblər. Bu, siyasətçilərin borclanma xərclərini azaltmağa yaxınlaşdıqlarına dair siqnal kimi qiymətləndirilib.
Qərar 2 nəfər əleyhinə olmaqla 9 səslə qəbul edilib. Fed üzvlərindən Mişel Bouman və Kristofer Valler qərarın əleyhinə səs veriblər. Bununla da 1993-cü ildən bəri ilk dəfə 2 Fed üzvü eyni qərara qarşı çıxmış olub.
Qərar mətnində belə deyilir: “Xalis ixracda volatillik məlumatlara təsir göstərməyə davam etsə də, son göstəricilər ilin ilk yarısında iqtisadi aktivlikdə artımın mülayimləşdiyini göstərir.” Fed daha əvvəl bu artımı “güclü templə böyümə” kimi xarakterizə etmişdi.
Açıqlamada işsizlik səviyyəsinin aşağı olaraq qalmağa davam etdiyi qeyd olunub.
Beləliklə, Fed son 5 iclasda faiz dərəcələrində heç bir dəyişiklik etməyib.
İyun ayındakı iclasda isə Fed rəsmiləri ilin sonuna qədər 2 faiz endirimi proqnozlaşdırmışdılar.
Bizi sosial şəbəkələrdən izləyin!!