AZ

Azərbaycan hansı ölkələrdən vaksin alır? - Kiloqramı 2690 manatdan

2025-ci ilin yanvar-may aylarında Azərbaycana insanlar üçün ümumilikdə 0,93 ton vaksin idxal edilib.

Valyuta.az xəbər verir ki, həmin dövrdə vaksinlərin ölkəyə gətirilməsi üçün 546,5 min manat vəsait xərclənib.

Rəsmi statistikaya əsasən, vaksinlər Rusiya, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Hindistan, Fransa və İtaliyadan idxal olunub.

Ən az vaksin Rusiyadan gətirilib – cəmi 0,02 ton (20 kiloqram). Bu idxalın dəyəri 25,92 min ABŞ dolları təşkil edib. Nəticədə 1 kiloqram vaksin üçün orta qiymət 1296 dollar və ya 2203 manat olub.

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından 0,06 ton (60 kiloqram) vaksin idxal edilib. İdxalın ümumi dəyəri 24,53 min dollar, 1 kiloqram üçün qiymət isə 408,83 dollar və ya 695 manat təşkil edib.

Ən çox vaksin Hindistandan gətirilib – 0,74 ton. Bu vaksinlər üçün ümumilikdə 392,8 min dollar ödənilib. 1 kiloqram vaksinə orta hesabla 530,81 dollar və ya 902,3 manat xərclənib.

Fransadan idxal olunan 0,05 ton (50 kq) vaksinə 79,14 min dollar sərf olunub. Bu isə 1 kiloqram üçün 1582,8 dollar və ya 2690 manat deməkdir.

İtaliyadan isə 0,06 ton (60 kq) vaksin gətirilib. Bu ölkədən idxal üçün ödənilən məbləğ 24,53 min dollar, 1 kiloqram üçün orta qiymət 408,83 dollar və ya 695 manat olub.

Sərvanə Rəmixanova

Seçilən
20
valyuta.az

1Mənbələr