26 yaşlı basketbolçu Çukvuma “Çuma” Okeke İspaniyanın “Real” klubu ilə rəsmi müqavilə bağlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Müqavilənin müddəti iki mövsümdür, lakin basketbolçunun maaşı barədə məlumat verilməyib.
Okeke ötən mövsümə “Filadelfiya Siksers”də başlayıb, lakin mövsüm ərzində “Klivlend Kavalirs”ə dəyişdirilib. “Klivlend”də 2 oyun keçirmiş, oyuna görə orta hesabla 2,5 xal toplayıb.
2019-cu ilin NBA draftında 15-ci seçim edilən Okeke karyerası ərzində əsasən “Orlando Medjik”, “Filadelfiya Siksers” və “Klivlend Kavalirs” komandalarının formasını geyinib və ümumilikdə 203 oyun oynayıb. Madrid “Real”ı ilə çıxışları onun Avropa Liqasındakı debütü olacaq.