Jül Kunde "Barselona" ilə yeni müqavilə imzalayacaq.
İdman.biz xəbər verir ki, bu barədə fransalı müdafiəçi özü açqlama verib.
O, Kataloniya klubu ilə danışıqların başa çatdığınl bildirib: "Müqavilənin 2030-cu ilədək uzadılması üçün hər şey hazırdır. Danışıqlar sürətli oldu. Bizim əməkdaşlığı davam etdirmək istəyimiz var. Getməklə bağlı fikrim yox idi".
Qeyd edək ki, Kundenin "Barselona" ilə hazırki müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
İdman.biz