“Mançester Siti” qapıçı Stefan Orteqanı komandadan göndərməyə qərar verib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klub açıqlama yayıb.
Eyni gün “şəhərlilər” öz yetirməsi Ceyms Traffordu “Börnli”dən 31 milyon avroya geri gətiriblər.
İngilisin transferi başa çatdıqdan sonra klub rəhbərliyi Orteqaya yeni komanda axtarmalı olduğunu bildirib və ona artıq etibar edilmədiyini vurğulayıb.
32 yaşlı Alman qapıçı “Mançester Siti”də üç ildir çıxış edir və ümumilikdə 56 oyunda iştirak edib, 51 qol buraxıb. "Transfermarkt"a görə, onun bazar dəyəri 8 milyon avrodur.