AZ

Kəlbəcərdə it mina partlayışından xəsarət alıb

Kəlbəcər dağlarında növbəti dəfə mina partlayışı baş verib. Ermənistanın işğal dövründə ərazidə basdırdığı piyada əleyhinə mina bu dəfə bir itin xəsarət almasına səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev paylaşım edib.

O bildirib ki, Azərbaycan hərbi tibb personalının operativ müdaxiləsi nəticəsində itə dərhal tibbi yardım göstərilib və onun həyatı artıq təhlükədə deyil.

Hacıyev qeyd edib ki, 2020-ci ildən bu günə kimi 400-dən çox Azərbaycan vətəndaşı – həm mülki şəxslər, həm də hərbçilər Ermənistanın basdırdığı minaların qurbanına çevrilib.

Bundan əlavə, torpaqda illərlə gizli qalan minalar yalnız insan və heyvanlara deyil, eyni zamanda torpaq eroziyasına və yerli ekosistemin məhvinə də səbəb olur.

Seçilən
22
operativmedia.az

1Mənbələr