Argentinanın “Nyuells Old Boys” klubunun prezidenti Eduardo Bermudes sabiq qapıçı Keylor Navasın işə münasibətindən narazılığını bildirib.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" funksionerin dediklərini belə çatdırıb.
“Texniki görüşdən iki saat əvvəl o, “Banfield”la oyunda oynamaq istəmədiyini bildirdi. Mən də dedim: ‘Keylorun filmi bitdi’. Ona zəng etdim və matçdan sonra gələcək barədə danışacağımızı söylədim. Bu münasibət məni əsəbiləşdirir, incidər və ağrı verir. Futbol ekspertləri, o cümlədən Xusto Vilyar ilə məsləhətləşdim. O, dedi ki, oyunçu burada olmaq istəmirsə, sizə heç bir faydası olmaz və onu buraxmalısınız, çünki saxlamaq buraxmaqdan daha pisdir.”
Qapıçı klubda yalnız yarım il çıxış etdikdən sonra Meksikanın “UNAM Pumas” klubuna keçmişdi.
38 yaşlı Keylor Navas karyerası ərzində “Albasete”, “Levante”, “Real”, “PSJ” və “Nottingem Forest” kimi klublarda da çıxış edib.