AZ

Qurban Qurbanov: "Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm"

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Şelburn” (İrlandiya) matçından sonra mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablayıb.

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar".

O, qarşılaşmanın 68-ci dəqiqəsində Kadi Borgesin yararlana bilmədiyi penalti zərbəsindən danışıb:

"Məncə burda futbolçunu güclü şəkildə tənqid edə biləcək nəsə yoxdur. Bəlkə kənardan rahat görünə bilərdi. Lakin futbol maçtlarında belə hallar yaşanır. Hər halda o da istəyərdi ki, qol vursun".

Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini vurğulayıb:

"Hər dəfə bu barədə danışıram. Heyətdə olan futbolçularımıza güvənirəm. Onların hər biri bizim üçün dəyərlidir. Lakin yeni oyunçulara ehtiyac olacaq. Çünki minimum UEFA Konfrans Liqasında qrup mərəhləsini təmin etdik. Ən azı futbolçuların sayının artması baxımından heyətimizi gücləndirəcəyik".

Qeyd edək ki, "Qarabağ" növbəti mərhələdə FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Seçilən
17
5
fanat.az

8Mənbələr