AZ

İrlandiya klubunun baş məşqçisi: "Qarabağ"a qarşı matçda ilk hissədə hesabın açılmasını istəmirdik"

"Şelburn" komandası "Qarabağ"la oyunda ilk hissədə hesabın açılmasını istəməyib.

Fanat.Az xəbər verir ki, bunu "Şelburn"un (İrlandiya) baş məşqçisi Coy O'Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis çətin rəqibə qarşı oynadıqlarını söyləyib:

"İlk oyunda da müdafiəyə üstünlük verirdik. İlk yarıda hesabın açılmasını istəmirdik. "Qarabağ" həqiqətən güclü komandadır. Avrokuboklarda Liqa mərhələlərində oynamağa layiqdirlər. İlk matçda səhvlərdən qollar buraxdıq. Cavab görüşündə ilk hissənin sonlarında buraxdığımız qol planlarımıza mane oldu. Bakıdakı görüşə yaxşı hazırlaşmışdıq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” - “Şelburn” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Seçilən
11
fanat.az

1Mənbələr