“Çox istəyirik ki, bir neçə futbolçunu dəvət edək. Son transfer mərhələsi dəqiqləşən kimi bu barədə məlumat verəcəyik”. Metbuat.az-ın məlumatına görə, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Qurbanovun sözlərinə görə, həm say, həm də keyfiyyət baxımından komandada güclənməyə ehtiyac var: “Futbolçu sayı bizim üçün çox vacib olacaq. Mütləq şəkildə transferlər etmək fikrindəyik.”Sevinc İbrahimzadə / Metbuat.az