AZ

Amazon anbarlarında hər insana bir robot düşür

Amazon açıqlayıb ki, şirkətin anbar və logistika şəbəkəsində 1 milyondan çox robot fəaliyyət göstərir.

Valyuta.az xəbər verir ki, bu rəqəm təxminən 1 milyon insan işçisi ilə bərabər nisbət təşkil edir. Beləliklə, robot-insan nisbəti 1:1 səviyyəsinə çatıb.

Yeni nəsil robotlar, xüsusilə “Vulcan” modeli toxunma qabiliyyətinə malikdir və məhsulları ehtiyatla rəflərdən götürə bilir. Bu texnologiyalar sifarişlərin yığılması və çatdırılması prosesində insanlarla birlikdə çalışaraq məhsuldarlığı artırır.

Amazon-un məlumatına görə, çatdırmaların 75%-i artıq robotların iştirakı ilə həyata keçirilir. Şirkət 700 mindən çox əməkdaşı robot texnologiyalarına uyğunlaşdırmaq üçün təlimlərdən keçirib.

Robotların süni intellektlə təchiz edilməsi məhsuldarlığı 10% artırıb. Bu isə "Amazon" kimi gündəlik 13 milyon sifariş emal edən şirkətdə böyük iqtisadi üstünlük deməkdir.

Sərvanə Rəmixanova

Seçilən
7
valyuta.az

1Mənbələr