UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı cavab oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis komandasının 1:0 hesablı (ilk oyun 3:0) qələbəsi ilə yekunlaşan ilk oyun barədə danışıb:
"Futbolçularım öz optimal formalarından hələ ki uzaqdırlar. "Şelburn" ciddi rəqib idi. 3:0-a baxmayaraq bura ambisiyalı gəlmişdilər. Azarkeşləri stadionda belə çox görmək həm xoşdur, həm də bizə motivasiyadır".
53 yaşlı mütəxəssis yeni transferlərin çıxışını dəyərləndirib:
"Yeni oyunçularımız hələ tam hazır deyil. Bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Əsas odur ki, kollektivə uyğunlaşsınlar. Hələ ki, hər şey normaldır. Kadiyə gəlincə, universal futbolçudur. Həm rəqibə uyğun, həm də lazım olanda futbolçuları istənilən mövqedə istifadə edə bilərik".
O, heyətin yeni transferlərlə gücləndirilməli olduğunu qeyd edib:
"Yeni transferlə bağlı hələ ki konkret bir xəbər yoxdur. Çox istəyirik ki, yeni oyunçu dəvət edək. Transfer pəncərəsinin son anına qədər axtarışda olacağıq. Buna ehtiyacımız da var. Bu gün Konfrans Liqasının qrupunu təmin etdik. Daha çox oyunçuya ehtiyacımız var. Mütləq şəkildə transferlər olacaq".
Q.Qurbanov ardıcıl 12-ci dəfə "Qarabağ"ın avrokuboklarda liqa (əvvəlki adı ilə qrup) mərhələsinə vəsiqəni təmin etməsinə münasibət bildirib:
"12 il əsas mərhələdə olmaq bir stabillikdir. Biz daha artığını istəyirik. Maksimum nəticə əldə etməyə şansımız varsa, bunu etməliyik. Qruplarda olmaq neçə ölkənin futbolunu burada görmək deməkdir. Hamının Azərbaycan, "Qarabağ" deyə qışqırması çox gözəldir. Gələcəkdə futbolun inkişafı üçün böyük təkandır. Uşaqların futbola cəlb olunması üçün də motivasiyadır. Payızda bunu deyə bilərəm ki, hər ehtimala qarşı Konfrans Liqasının qrupu var".