“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.


Rekord.az xəbər verir ki, Fərid Nəbiyev yenidən bu komandada çıxış edəcək.


26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 


Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə "Kəpəz"in şərəfini qoruyub. Futbolçu 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib. 


Nəbiyevin son klubu "Səbail" olub.