AZ

Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələyə adladı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qalib gələn "Qarabağ" növbəti raunda adlayıb.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda "köhlən atlar" 3:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şelburn"u mübarizədən kənarlaşdıran "Qarabağ" adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda "Şkendiya" (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək

***20:48

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.

Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.

***20:01

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı start götürüb.

Far.Az xəbər verir ki, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdma təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Seçilən
103
12
far.az

10Mənbələr