AZ

Ben Şelton “Masters” turnirində üçüncü mərhələyə yüksəlib

Dünyanın yeddinci raketka sahibi olan amerikalı tennisçi Ben Şelton Kanada paytaxtında keçirilən “Masters” seriyalı turnirin üçüncü mərhələsinə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, o, ikinci raundda fransalı Adrian Mannarino (ATP reytinqində 94-cü) üzərində inamlı qələbə qazanıb – 6:2, 6:3.

Cəmi 1 saat 5 dəqiqə davam edən görüşdə Şelton 8 breyk imkanından 3-dən yararlanıb, 14 “eyz” (xal qazandıran ilk servis) edib və 3 ikiqat səhvə yol verib. Mannarino isə yeganə breyk şansını reallaşdıra bilməyib, 2 “eyz” vurub və 1 ikiqat səhv edib.

Növbəti mərhələdə Ben Şelton amerikalılar arasında keçiriləcək digər görüşün qalibi — Brendon Nakaşima və İtan Kuinn duelinin qalibi ilə qarşılaşacaq. Turnir Kanada meydanlarında, sərt örtükdə keçirilir.

Seçilən
4
90deqiqe.az

1Mənbələr