AZ

RƏSMİ MOSKVADAN BAKI, YEREVAN VƏ VAŞİNQTONA MESAJ: “Heç bir təhdid.." - “NATO Cənubi Qafqazda güclənməyə çalışır”

"ABŞ prezidenti Trampın son bəyanatları ikitərəfli münasibətlərin yaxşılaşması prosesinə müsbət təsir göstərə bilməz".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Donald Trampın Ukraynada atəşkəs üçün Rusiyaya gah 50, gah da 10 gün vaxt verməsi qeyri-ciddi söhbətdir: "Belə br təhdidlər  nə münasibətləri normallaşdıra, nə münaqişəyə son verər. Bu, təbiət qanunudur. Əgər ölkələr arasında münasibətlərin yaxşılaşmasına can atılırsa, təhdidlər olmamalıdır"

Rusiyaya qarşı tətbiq edilən çoxsaylı sanksiyaları xatırladan Zaxarova deyib ki, növbəti sanksiya təhdidləri də işə yarayan olmayacaq: "Söz yox ki, bu, qlobal iqtisadiyyata zərbə vurur".

Daha sonra NATO-nu Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə çalışmaqda ittiham edə Rusiya XİN sözçüsü bildirib ki, burada məqsəd Moskvaya qarşıdır: "NATO region ölkələrinin potensialından və resurslarından Rusiyaya qarşı Qərbin maraqlarına uyğun istifadə etməyi hədəfləyir. Ümid edirik ki, Azərbaycan, Ermənistan və regionun bütün digər ölkələri bundan xəbərdardır. Hər kəs bilməlidir ki, NATO-nun olduğu yerdə sülh və sabitlik yoxdur”

F.ƏHMƏD
MİA.AZ

Seçilən
1
2
mia.az

3Mənbələr