AZ

Birmingemdə Ozzi Osbornla vida mərasimi keçirilib

Bakı. Trend:

Britaniyanın Birmingem şəhərində məşhur rok musiqiçisi OzziOsbornla vida mərasimi baş tutub.

Trend-inməlumatına görə, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb vəminlərlə pərəstişkar onunla vidalaşmaq üçün toplaşıb.

Qeyd edək ki, rok musiqisinin əfsanəsi olan Osborn iyulun 22-dədünyasını dəyişib. O, son illərini Parkinson xəstəliyi ilə mübarizəapararaq və onurğasından bir neçə əməliyyat keçirərək yaşayıb.

Bütün çətinliklərə baxmayaraq, Osborn iyulun 5-də “Back to theBeginning” adlı vida konserti ilə səhnəyə çıxaraq 42 min tamaşaçınıbir araya toplamağı bacarmışdı.

Seçilən
23
az.trend.az

1Mənbələr