AZ

FED faizləri sabit saxladı - Trampın çağırışlarına baxmayaraq...

ABŞ-ın Federal Ehtiyat Sistemi iyulun 30-da keçirilən iclasında uçot dərəcəsini sabit saxlayıb.

Valyuta.az xəbər verir ki, qurumun qərarına əsasən, federal fondlar üzrə faiz dərəcəsi 4.25–4.50% səviyyəsində dəyişməz qalıb.

Bu, 2025-ci il ərzində qəbul edilən beşinci ardıcıl sabitlik qərarıdır.

Federal Rezervin açıqlamasında bildirilib ki, ABŞ iqtisadiyyatı ilin birinci yarısında nisbətən zəifləsə də, əmək bazarı güclü olaraq qalır və işsizlik səviyyəsi aşağıdır. Eyni zamanda, inflyasiya hələ də qurumun 2%-lik hədəfindən yüksək olaraq, təxminən 2.7% səviyyəsində qalır.

Cerom Pauell qərarla bağlı açıqlamasında qeyd edib ki, inflyasiya gözləntilərini sabit saxlamaq üçün ehtiyatlı mövqe vacibdir. O, ABŞ prezidenti Donald Trampın faizlərin azaldılması ilə bağlı çağırışlarına baxmayaraq, Federal Rezervin müstəqil qərar verdiyini vurğulayıb.

Mayya Hüseynova 

Seçilən
32
valyuta.az

1Mənbələr