İspaniyanın "Jirona" klubu "Mançester Siti"nin heyətində yer alan, lakin əsas komandada müntəzəm çıxış şansı az olan iki gənc futbolçu – Klaudio Eçevery və Vitor Reysi icarəyə götürmək istəyir.
90deqiqe.Az-ın "City Xtra"ya istinadən məlumatına görə, katalon klubu artıq hər iki 19 yaşlı futbolçunun icarəsi ilə bağlı danışıqlara başlayıb. Argentina millisinin perspektivli yarımmüdafiəçisi Eçeverynin Transfermarkt portalı üzrə bazar dəyəri 18 milyon avro təşkil edir və onun "Siti" ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Futbolçu ilə İtaliyanın "Roma" klubu da maraqlanır.
Mərkəz müdafiəçisi Vitor Reysin dəyəri isə 30 milyon avro olaraq göstərilib. Braziliyalı oyunçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər uzanır.
Qeyd edək ki, "Girona" və "Mançester Siti" eyni sahiblərə – "City Football Group"a məxsusdur, bu isə transferlərin daha çevik və koordinasiyalı aparılmasına şərait yaradır.