UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” (İrlandiya) komandaları arasında keçirilən cavab görüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolu rəqibin heyətində öz qapısına Con Martin göndərib.
68-ci dəqiqədə Kadi Borges penaltini qola çevirə bilməyib.
İlk oyunda rəqibi üzərində 3:0 hesablı qalibiyyət əldə edən Qurban Qurbanovun kollektivi III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Bu cütün qalibi III raundda FCSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
21:11
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında keçirilən cavab görüşündə ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matçın ilk yarısından sonra Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlir.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
20:56
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında keçirilən cavab görüşündə hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matçın 44-cü dəqiqəsində rəqibin heyətində Con Martin avtoqol müəllifi olub.
Hazırda oyunda fəsilədir.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
20:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında keçirilən cavab görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matç saat 20:00-da start götürüb.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya)-“Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.