Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.
Referans xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
İki tibb müəssisəsinə direktor müavinləri təyin olunub. Abbas Səhhət adına xəstəxanaya İlqar Əliyev, akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova rəhbərlik edəcəklər.
Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edəcək İlqar Əliyev ixtisasca ümumi cərrahdır və yeni təyinata qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində işləyib.
Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya rəhbərlik edəcək Turanə Rüstəmova isə ixtisasca reanimatoloq-anestezioloqdur və yeni təyinata qədər həmin xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta