"Barselona"nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Ronald Arauxonun gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.
“Arauxo ilə bağlı daim şayiələr dolaşır, amma nə onun ayrılmaq istədiyi barədə əlimdə bir işarə var, nə də bu barədə hər hansı xəbər. Ümumiyyətlə, Ronaudo ilə bağlı bu cür söhbətlərin yayılması məni təəccübləndirir”
Qeyd edək ki, son günlər mətbuatda uruqvaylı futbolçunun satışa çıxarıldığı və Səudiyyə Ərəbistanı klublarının ona maraq göstərdiyi qeyd olunurdu.
Ronald Arauxo 2020-ci ildən bəri "Barselona"nın şərəfini qoruyur. O, ötən mövsüm 25 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı 25 yaşlı oyunçunun dəyərini 35 milyon avro olaraq göstərir.