AZ

Polşada keşiş evsiz adamı diri-diri yandırıb

Polşada evsiz adamı diri-diri yandıran keşiş həbs edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mediada yayılan xəbərlərə görə, Miroslav M. kimi tanınan 60 yaşlı keşiş 68 yaşlı evsiz Anatol Çexini xüsusi amansızlıqla qətlə yetirdiyi üçün həbs edilib.

Prokurorluğun məlumatına görə, faciə axşam saatlarında Varşavanın cənubundakı Qroyeç şəhərindən uzaq olmayan Lasopolye kəndi yaxınlığında baş verib.

Müstəntiqlərin sözlərinə görə, kişi ilə keşiş arasında münaqişə yaranıb. İddiaya görə, Miroslav zərərçəkənin başına balta ilə bir neçə dəfə vurub, sonra ona tez alışan maye töküb və yandırıb. Bütün bunlar qurban hələ sağ ikən baş verib. Yoldan keçən velosipedçi kişinin alovlar içində yandığını görüş və təcili yardım çağırıb. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası, polis və təcili yardım briqadası gəlib, lakin bütün səylərə baxmayaraq, Çexini xilas etmək mümkün olmayıb.

Ekspertizanın rəyinə görə, kişinin bədəninin 80 faizi yanıb və başından ağır xəsarətlər alıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisənin səhəri günü keşiş saxlanılıb. Onun evində və avtomobilində axtarış aparılıb, zərərçəkənin avtomobili araşdırılması üçün götürülüb.

Dindirilmə zamanı kişi günahını etiraf edib.

Miroslav hazırda həbsdədir. Onu 15 ildən ömürlük həbsə qədər həbs gözləyir. Varşava arxiyepiskopu Adrian Halbas artıq Vatikana müraciət edərək şübhəlinin xaric edilməsini tələb edib. O, baş verənlərə görə ictimaiyyət qarşısında üzr istəyib və kilsədə baş verənlərə görə mənəvi məsuliyyət hiss etdiyini bildirib.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr