AZ

“Barselona”nın gənc oyunçularını izləmək zövq verir"

“Barselona”nın sabiq müdafiəçisi Tomas Vermalen klubun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın "Barca Universal"a istinadən məlumatına görə, belçikalı keçmiş futbolçu, “blauqrana”nın ötən mövsümdə La Liqa, İspaniya Kuboku və Superkuboku qazanmasını yüksək qiymətləndirib. 

“Avropa futbolunu yaxından izləyirəm. ‘Barselona’ ötən mövsüm çox yaxşı təsir bağışladı – xüsusən də Çempionlar Liqasında. Komandadakı gənc oyunçuları izləmək xoşdur. Onlar inanılmaz istedad sahibidirlər. Onların inkişafını izləmək getdikcə daha maraqlı olur.”

Xatırladaq ki, komanda Çempionlar Liqasında yalnız yarımfinalda – “İnter”ə uduzaraq turniri dayandırmışdı.

Qeyd edək ki, Tomas Vermalen 2022-ci ildə karyerasını başa vurub. O, 2014–2019-cu illər ərzində “Barselona”nın formasını geyinib.

Seçilən
20
90deqiqe.az

1Mənbələr