Bu gün saat 19:30 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində 99 RN 005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil skuteri vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Qafqazinfo-ya Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib.
Skuterin sürücüsü Əhmədova Ülviyyə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta