AZ

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.

Axar.az xəbər verir ki, bunu Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X hesabında yazıb.

O qeyd edib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub:

“Şükürlər olsun ki, Azərbaycan hərbi həkim briqadasının çevik müdaxiləsi ona təcili tibbi yardım göstərilməsini təmin edib. Onun həyatı artıq təhlükə altında deyil”.

Eyni zamanda bildirib ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan vətəndaşı və hərbçisi Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub.

Bundan başqa o vurğulayıb ki, yerin altında basdırılan minalar torpağın eroziyasına səbəb olur və yerli bitki örtüyünü də məhv edir.

Seçilən
41
27
axar.az

10Mənbələr