“Valensiya” “Beşiktaş”ın yarımmüdafiəçisi Əl Musrati üçün rəsmi təklif göndərib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu bu təklifi geri çevirib. Super Liqa təmsilçisi futbolçunu satmaq niyyətində deyil.
Əl‑Musrati 2025‑ci ilin fevralında “Monako”ya icarəyə verilmişdi. “Monako”nun icarə müddəti sonunda satınalma hüququ olsa da, klub bu seçimdən istifadə etmədi və oyunçu “Beşiktaş”a qayıtdı