AZ

"İnter" "Yuventus"dan Nikolas Qonzalesi transfer etməyəcək

“İnter” klubu “Yuventus”un cinah hücumçusu Nikola Qonsalesin transferini nəzərdən keçirmir.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçu daha əvvəl “Atalanta”nın oyunçusu Adebole Lukmanın alternativi kimi “neradzurri”nin hücum xəttini gücləndirmək üçün müzakirə olunsa da, bu xəbərlər həqiqəti əks etdirmir.

27 yaşlı Qonsales “Yuventus”un baş məşqçisi İqor Tudorun planlarına daxil deyil və klub yay transfer dönəmində futbolçunu komandadan göndərmək niyyətindədir.

Transfermarkt portalı təcrübəli vingerin bazar dəyərini 24 milyon avro olaraq qiymətləndirir.

Seçilən
27
90deqiqe.az

1Mənbələr