AZ

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.
BUTA.TV xəbər verir ki, bunu Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X hesabında yazıb. O qeyd edib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub: “Şükürlər olsun ki, Azərbaycan hərbi həkim briqadasının çevik müdaxiləsi ona təcili tibbi yardım göstərilməsini təmin edib. Onun həyatı artıq təhlükə altında deyil”. Eyni zamanda bildirib ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan vətəndaşı və hərbçisi Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub.

Bundan başqa o vurğulayıb ki, yerin altında basdırılan minalar torpağın eroziyasına səbəb olur və yerli bitki örtüyünü də məhv edir.

Seçilən
65
27
buta.tv

10Mənbələr