Yunanıstanın paytaxtı Afinada U-17 dünya çempionatı davam edir. Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Demokrat.az xəbər verir ki, Azərbaycan komandası mundialda 1 dəst medal qazanıb.
Abdurrahman Hüseynli (45 kiloqram) ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal qazanıb.
Hikmət Haqverdiyev (51 kiloqram) finalda özbəkistanlı Otabek Tursunova 1:4 hesabı ilə məğlub olub və gümüş medalı boynundan asıb.
Əli Nəzərov (60 kiloqram) həlledici görüşdə qırğızıstanlı Amangəldi Ysakbayevə heç bir şans verməyib. Rəqibini 6:1 hesabı ilə üstələyən həmyerlimiz dünya çempionu olub.
Yusif Əhmədli (71 kiloqram) bürünc medal görüşündə iranlı Mohammad Kazımiyə minimal fərqlə (3:4) məğlub olub.
Səid Paşayev (92 kiloqram) gündüz seansında təsəlliverici görüşlərə çıxıb və moldovalı Vladislav Vasilevskiylə (9:0) qazaxıstanlı Adilet Toişiyə (tuş) vaxtından əvvəl qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Uzuna 0:5 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.
DÇ-də 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.
10Mənbələr
-
football-plus.azGüləşçimiz dünya çempionu oldu ( 19884176)
-
offsideplus.az17 yaşlı yunan-Roma güləşçilərimiz dünya çempionatında qızıl, gümüş və bürünc medallar qazandı ( 19881380)
-
azerbaijan-news.azAzərbaycan güləşçisi dünya çempionu olub ( 19879427)
-
hafta.azGüləşçimiz Afinada dünya çempionu olub ( 19878071)
-
baki-xeber.comGüləşçimiz dünya çempionu oldu! - Afinadan xoş xəbər ( 19877780)
-
cbcsport.azAzərbaycan güləşçisi Afinada dünya çempionu olub ( 19877741)
-
baku.newsAzərbaycan güləşçisi Afinada dünya çempionu olub ( 19877375)
-
teleqraf.comAzərbaycan güləşçisi dünya çempionu oldu ( 19875689)
-
futbolpress.azAzərbaycan güləşçisi dünya çempionu oldu ( 19875377)
-
sfera.azAzərbaycan güləşçisi dünya çempionu oldu ( 19875128)