AZ

“İtaliya futbolunun beynəlxalq səviyyədə rəqabət qabiliyyəti azalır”

İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini müasir İtaliya futbolundakı vəziyyətlə bağlı geniş müsahibə verib.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, keçmiş futbolçu ölkə futbolunun idarəçilik baxımından zəifliklərindən və beynəlxalq arenada geriləməsindən danışıb.

“İtaliya futbolunda idarəetmə bacarıqları çatışmırmı? Bəli, amma bunu təkcə biz yaşamırıq. Xaricdə də bu sahədə ciddi çatışmazlıqlar var. Biz özümüzə qarşı həddindən artıq tənqidi yanaşırıq, lakin bu, o demək deyil ki, xaricdə vəziyyət daha yaxşıdır. Aydındır ki, İtaliya futbolunun beynəlxalq dəyəri getdikcə azalır. Bu temp davam etsə, beynəlxalq səviyyədə rəqabət qabiliyyətimizi tamamilə itirə bilərik. Əgər bu problemlə necə mübarizə aparmaq lazım olduğunu bildiyimi desəydim, yalan danışmış olardım”

Qeyd edək ki, Corco Kyellini karyerası ərzində “Roma”, “Yuventus” və “Los-Anceles” kimi klubların formasını geyinib.

Seçilən
8
90deqiqe.az

1Mənbələr