UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın üzləşəcəyi rəqib müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, FKSB - "Şkendiya" cütünün qalibi ikinci komanda olub. İlk matçda "Şkendiya" 1:0 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda isə 2:1 hesablı qələbəyə sevinən Şimali Makedoniya komandası "Qarabağ"a rəqib olub.

III təsnifat mərhələsinin oyunları 5-6 avqustda, cavab oyunları isə 12 avqustda baş tutacaq. 

Qeyd edək ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində "Şelburn"u mübarizədən kənarlaşdırıb (1:0, 3:0).