AZ

"Qarabağ"ın rəqibi bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Ölkə.az" xəbər verir ki, bu, Şimali Makedoniya təmsilçisi “Şkendiya”dır.

II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Rumıniyanın FCSB kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şkendiya”, səfərdə də 2:1 hesablı qələbə qazanaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasına iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Seçilən
37
9
olke.az

10Mənbələr